Ağsuda avtomobilin vurduğu piyada ölüb
    • 5-10-2020, 11:40
    • 479

Ağsuda avtomobilin vurduğu piyada ölüb

Ağsuda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 15 radələrində Ağsu rayonunun Çiyni kəndi ərazisində Xəlilli kənd sakini C.Kərimov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Fərhad Həsənovu vurub.  Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.