Bərdə şəhərinin və rayonun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb
    • 5-10-2020, 14:59
    • 495

Bərdə şəhərinin və rayonun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb

Bu gün səhər saatlarından etibarən cəbhənin təmas xəttində düşmənin Bərdə şəhərini atəşə tutması səbəbindən təhlükəsizlik tədbirləri nəzərə alınaraq saat 11:20-dan etibarən Bərdə şəhərinin və rayonun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb.

“Azəriqaz” İB-dən News24.az-a verilən məlumata görə, Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində baş vermiş dağıntılar və təhlükəsizlik tədbirləri nəzərə alınaraq 04.10.2020-ci il tarixindən etibarən Gəncə şəhərinin Əziz Əliyev və Əli Nəzmi küçələrini təbii qazla təmin edən iki orta təzyiqli polietilen yeraltı qaz xətləri zədələnib və ümumilikdə 450 abonentin qaz təchizatı məhdudlaşdırılıb. Hazırda təmir işləri aparılır.