Can Bonomo məşhur aktrisa ilə evləndi - FOTO
    • 12-07-2018, 10:15
    • 932

Can Bonomo məşhur aktrisa ilə evləndi - FOTO

Türkiyəni “Eurovision 2012” müsabiqəsində təmsil edən müğənni Can Bonomo  tanınmış aktrisa Öykü Karayellə evlənib.


News24.az xəbər verir ki, toy məclisinə 150 nəfər dəvətli qatılıb ki, onların arasında çox az sayda məşhur simalar olub. Hər zaman ekstravaqant geyimləri ilə fərqlənən Can Bonomonun  toyunda da müəyyən fərqlər nəzərə çarpıb. Belə ki, bəylə gəlinin qeyri- adi libasları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 Can Bonomo hazırda Türkiyədə müğənni  kimi fəaliyyət göstərir və Acun Ilıcalının bir sıra layihələrində münsiflər heyətinin tərkibində çıxış edir. Öykü Karayel azərbaycanlı tamaşaçılara "Kuzey Güney”, “Kalp atışı” kimi seriallardan tanışdır.

 İlhamə