Ermənistan tərəfindən atəşə tutulan Ağcabədidə DAĞINTİLAR DA VAR - Baş Prokurorluq
    • 5-10-2020, 16:49
    • 385

Ermənistan tərəfindən atəşə tutulan Ağcabədidə DAĞINTİLAR DA VAR - Baş Prokurorluq

"Təəssüf ki, indi aldığımız məlumata görə Ağcabədi şəhərinin mərkəzi Ermənistan tərəfindən atəşə tutulub. Dağıntılar və yaralılar mövcuddur. Əlavə məlumat veriləcək".

News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş hərbi cinayətlərə dair keçirdiyi brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.