Oğlunun qisasının alındığını seyr edən 90 yaşlı Tərtər ağsaqqalı:
    • 5-10-2020, 18:39
    • 568

Oğlunun qisasının alındığını seyr edən 90 yaşlı Tərtər ağsaqqalı: "İsti Suya GEDƏCƏM" - VİDEOREPORTAJ

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutub. Nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananlar olub. Hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb.

News24.az-ın qızğın döyüşlərin müşahidə edildiyi Tərtər rayonuna ezam olunmuş əməkdaşları Kolanı kəndininin sakinləri ilə həmsöhbət olub.

Kənd sakinləri bildirir ki, atışma səsləri onlar üçün çox doğmadır. Hətta səslər səngiyəndə, narahat olduğunu deyən sakinlər də var. Kəndin 90 yaşlı ağsaqqalı isə 1950-ci ildə 20 yaşında Ermənistandan çıxdığını və hər gün oğlunun şəhid olduğu dağa həsrətlə baxdığını bildirib. O inanır ki, torpaqlarımız azad olunduqdan sonra Ağdərədən İstisuya gedəcək. 

Biz isə həm ağsaqqala, həm də Şanlı Ordumuza inanırıq! 

Görüntüləri təqdim edirik:

Müşfiq Abbasov 
Video: Fərid Şabanov 
Montaj: Adil Ağayev 
Tərtər