Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb - MN
    • 6-10-2020, 01:27
    • 426

Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb - MN

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb.

Bu barədə News24.az Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, 41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.

Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.