"Münaqişə ilə bağlı yaranmış vəziyyətin kökündə onun indiyədək həll olunmaması durur" - Ceyhun Bayramov
    • 6-10-2020, 14:09
    • 488

"Münaqişə ilə bağlı yaranmış vəziyyətin kökündə onun indiyədək həll olunmaması durur" - Ceyhun Bayramov

“Azərbaycan hökuməti beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə uyğun olaraq müvafiq addımlar atır və öz vətəndaşlarını qorumaq üçün əks-hücumlar həyata keçirir. Münaqişə ilə bağlı yaranmış vəziyyətin kökündə onun indiyədək həll olunmaması durur”. 

News24.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib.