-
- 6-10-2020, 18:11
- 3 693
Erməni generalını boğaraq öldürən CƏBRAYILIN SON SÖZÜ: “Ölsəm belə sona qədər vuruşacağam!” - VİDEOREPORTAJ - FOTOLAR
"Şəhidlər ölməz, Vətən bölünməz!"
Bu sözlərin necə böyük gerçək olduğuna son bir neçə gündə bir daha əmin olduq. Hər şəhidin, Vətənin bütövlüyü üçün canından-qanından keçən hər əsgərin adı tariximizlə yanaşı qəlbimizə də həkk olundu. Bu oğullarımızdan biri də Azərbaycan torpaqları üçün canını fəda edən şəhid Cəbrayıl Dövlətzadədir.
News24.az şəhid oğulla bağlı hazırladığı videoreportajı təqdim edir:
Cəbrayıl torpaqlarımız üçün aparılan savaşa qatıldığı bir neçə gündə tarix yazıb. 19 yaşlı qəhrəmanımız erməni silahlı birləşmələrinə sözün əsl mənasında dağ çəkdirib. Şəhidimiz ondan artıq müxtəlif rütbəli erməni hərbçiləri ilə təkbaşına, üz-üzə dayanıb. Ermənilərin bir generalını və polkovnikini boğaraq məhv edib. Əsgərimiz o qədər cəsarətliymiş ki, yanındakı ailəli əsgər, zabitlərə “siz qayıdın, ailəniz sizi gözləyir, mən tək döyüşəcəm!” deyib düşmənin üzərinə gedib.
İndi onunla yalnız ailəsi deyil, bütün Azərbaycan fəxr edir!
Şəhidin atası Dövlət Dövlətzadə Vətən sevdalısı olan şəhid oğlunun qəhrəmanlığı ilə qürur duyduğunu deyir. Övladının itkisindən canı yansa da, işğaldan azad olan torpaqlarımızla balasının ruhunun rahatlıq tapdığını düşünür: "Hər bir valideyn övladının çətin anda olduğunu hiss edər. Mən də Cəbrayılın şəhid olduğu anı hiss elədim. Ona ard-arda dəfələrlə zəng elədim, amma açmadı. Çox nigaran idim. Hiss edirdim ki, başına nəsə gəlib. Axşama doğru zəng eləyib dedilər ki, Cəbrayıl şəhid olub, gətirirlər. (ağlayır) İnanın ki, sözlərimi, hisslərimi ifadə edə bilmirəm, çox ağırdır... Onu torpağa qoyanda ürəyim, içim yanırdı... Yanımda dayanan bir zabit təskinlik verdi, dedi ki, “bax, gör, Cəbrayılı necə insanların yanında dəfn edirlər, bu, hər kəsə qismət olmur. İlk gün bu haqda çox düşünə bilmirdim, amma sonra balamın necə cəsur, qorxmaz qəhrəman olduğunu bir daha anladım, onunla fəxr elədim. O, könüllü, istəyərək Vətənimiz üçün şəhid oldu. Gedəndə bizə bircə söz dedi, “Könüllü gedirəm. Ölsəm belə sona qədər vuruşacağam!"
Şəhidimizin atası deyir ki, Cəbrayıl hələ uşaqlıqdan işğalda olan torpaqların azadlığı üçün mübarizəyə can atıb: "O, həm sərhədçi, həm də idmançıydı. Çox vətənpərvər, ağıllı uşaq idi. Balacalıqdan böyüklərin paltarlarını geyinməyi sevirdi. Həmişə deyərdi ki, mənə uşaq yox, kişi paltarı, ayaqqabısı geyindirin. Tez böyümək istəyirdi. Heç nədən qorxmurdu, çox ürəkli idi. Elə o qorxusuzluğu, cəsarəti də balamı şəhidlik zirvəsinə qaldırdı".
Cəbrayılı həm göz yaşı, həm də fəxrlə xatırlayan anası Məleykə Məmmədzadə oğlunun bu savaşdan üzüağ çıxacağından əmin imiş: "Üç balam var. Amma Cəbrayılımın yeri bir ayrıydı. Övladlarımdan ən çox ona bağlıydım. Çox təmkinli, ağıllı oğlan idi. Yaşından tez böyümüşdü. Özünü böyük kişi kimi aparırdı. Heç vaxt ağlamazdı, canı yansa belə. Onu gözümdən ayırmazdım, amma indi yanımda deyil. (ağlayır) Cəbrayılım qəhrəmancasına şəhid oldu. Silahsız, qolunun gücü ilə erməniləri məhv elədi. Onunla fəxr edirəm".
Məleykə Məmmədzadə deyir ki, şəhidimizi sonuncu dəfə bir ay əvvəl görüb: "İcazə alıb xidmətdə olduğu yerə yanına getmişdim. İstədiyi yeməkləri bişirib aparmışdım. Əllərimlə onu yedizdirdim. Cənazəni qapıya gətirəndə o biri balalarım Cəbrayılın üzünü açıb baxmağa qoymadılar. Dedilər ürəyin partlayar. Buna görə özümü bağışlamayacağam! Gərək sonuncu dəfə onun üzünü görərdim. Ürəyim partlasa da, gərək balamın üzünə baxardım. Öpüb-qucaqlayıb yola saldığım bu qapıda onun cənazəsini qarşıladım..."
19 yaşlı qəhrəmanımız qisasını aldığı general Polad Həşimovun yanında II Fəxri Xiyabanda dəfn olunub.
Aslan ürəkli şəhidim, nigaran qalma nə sənin, nə də bu torpaq uğrunda canından keçənlərin qanı yerdə qalmayacaq!
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov, Nicat İbadov