Məşhur müğənninin mədəsindən daş çıxardılar
    • 11-10-2018, 10:59
    • 916

Məşhur müğənninin mədəsindən daş çıxardılar

Rusiyanın əməkdar artisti Anita Tsoyun başına iş gəlib. Konsert turuna başlayan müğənninin səhhətində problem yaranıb. 
47 yaşlı ifaçı təcili olaraq xəstəxanaya aparılıb.  O, həkimlərə mədəsinin kəskin bir şəkildə ağrıdığını bildirib. Anita, əvvəlcə zəhərləndiyini düşünüb. Əməliyyat olunan A. Tsoyun öd kisəsindən 7 mm ölçüsündə daş çıxarılıb.  O, bundan iki gün sonra Daşkənddə səhnəyə çıxıb. 
"İndi həqiqəti söyləyə bilərsiniz. Yalnız iki gün əvvəl bir əməliyyat keçirdim. Daşkənddə səhnədə olmağım möcüzədir. Bu, həkimlərimizin sayəsində mümkün oldu”- deyə Tsoy bildirib