Bakıda avtomobil dirəyə çırpılıb, sürücü ölüb
    • 8-10-2020, 13:30
    • 441

Bakıda avtomobil dirəyə çırpılıb, sürücü ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oktyabrın 7-də saat 11 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Elyar Bağırov idarə etdiyi “Niva” markalı avtomobili işıq dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.