-
- 8-10-2020, 15:14
- 450
Prezident İlham Əliyev uqandalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Uqanda Prezidenti Yoveri Kaquta Museveniyə təbrik məktubu ünvanlayıb.
News24.az xəbər verir ki, təbrik məktubunda deyilir:
Hörmətli cənab Prezident,
Uqanda Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün imkanlar mövcuddur.
Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza rifah və əmin-amanlıq arzulayıram.