Xəlil Rza Ulutürkün bacısı oğlu DANIŞDI: Bugünkü şəhidimiz dayımın nəvəsi DEYİL
    • 8-10-2020, 18:47
    • 4 066

Xəlil Rza Ulutürkün bacısı oğlu DANIŞDI: Bugünkü şəhidimiz dayımın nəvəsi DEYİL

Bu gün həkim Turqut Xəlilbəyli yaralı əsgəri döyüş meydanından çıxararkən qəhramancasına şəhid olub. O, Dağlıq Qarabağın azadlığı uğrunda hazırda gedən döyüşlərdə şəhid olan ilk həkimdir. Bəzi mənbələrdə T.Xəlilbəylinin Azərbaycanın tanınmış şairi və ədəbiyyatşünası Xəlil Rza Ulutürkün nəvəsi olduğu iddia edilib.

News24.az
 olaraq məsələni dəqiqləşdirmək üçün X.R.Ulutürkün bacısı oğlu, tanınmış aktyor Kamran Yunislə əlaqə saxladıq. 

K.Yunis News24.az-a açıqlamasında bildirib ki, bu cür dezolara artıq öyrəşib: 

"Xəlil Rza Ulutürk Azərbaycanın azadlıq carçısı və mücahididir. Təbriz Xəlilbəyli isə onun oğludur. Təbriz Xəlilbəylinin oğul övladı yoxdur. Gültac və Türkay adında iki qızı var. Onların isə iki oğlan nəvələri var. Birinin adı Tuncaydır. Yaddaşım yaxşı olmadığı üçün digərinin adını indi xatırlamıram. Onlar isə 8-9 yaşlı uşaqlardır. 

Təbii ki, Azərbaycanın azadlığı uğrunda şəhid olan hər bir oğul balamız mənəvi olaraq Xəlil Rza Ulutürkün övladıdır deyə bilərik. Amma fiziki olaraq həmin əziz şəhidimiz - Turqut Xəlilbəyli Xəlil Rza Ulutürkün nəvəsi deyil. 

Dayımla olan bir fotomun altına həmişə yazırlar ki, oğlu Təbrizdir. Hər zaman da təkzib edirəm ki, oğlu deyil, Kamran Yunisdir".  

Məhərrəm Əliyev