"Şərhsiz" konsertinə hazırlaşan Tünzalə: " İnternetdən canlı yayım etməklə sənətə yiyələnmirlər"
    • 11-10-2018, 14:38
    • 1 983

"Şərhsiz" konsertinə hazırlaşan Tünzalə: " İnternetdən canlı yayım etməklə sənətə yiyələnmirlər"

Əməkdar artist Tünzalə Ağayeva möhtəşəm konsert proqramı ilə çıxış etməyə hazırlaşır. 

News24.az xəbər verir ki, dinləyicilərinə hər zaman keyfiyyətli iş təqdim edən ifaçı 20 oktyabrBakı Konqres Mərkəzində "Şərhsiz" adını verdiyi konsertinin hazırlıq məşqlərini edir. 


T.Ağayeva həm də şəxsi instagram hesabında "Eşqin ünvanı" adlı klipini tezliklə təqdim edəcəyini bildirib. 



Hər zaman söz-söhbətlərdən kənar gəzən, sənəti ilə məşğul olan əməkdar artist sosial şəbəkələrdə canlı yayım açan həmkarları haqda fikir bildirib:

"Bu gün sənətkarın adı onun keyfiyyətinin göstəricisidirsə, tamaşaçısının daim həm qəlbində həm diqqətindədirsə, konsertləri satılırsa və s bu illərlə peşəsinə, sevəninə və özünə verdiyi dəyərin, zəhmətin, eşqlə etdiyi işlərin, fədakarlığının, musiqi mədəniyyətindəki dönməz əqidəsinin nəticəsidir!

P.S” internetdən canlı yayım “ etməklə sənətə yiyələnmirlər".

Teymur Məmmədov