Bir zamanların çalmalı qızı, bu günün isə seks-simvolu Tünzalə Ağayevanın konsertindən - FOTOLAR - VİDEO
    • 22-10-2018, 13:03
    • 8 724

Bir zamanların çalmalı qızı, bu günün isə seks-simvolu Tünzalə Ağayevanın konsertindən - FOTOLAR - VİDEO

Əməkdar artist Tünzalə Ağayeva “Şərhsiz” adlı konsert proqramı ilə çıxış edib. 

News24.az xəbər verir ki, Bakı konqres Mərkəzində baş tutan gecədə ifaçının yaxınları, sənət dostları və fanatları iştirak edib. 

Səhnəyə çıxaraq sevilən mahnılarını ard-arda səsləndirən T.Ağayeva ifaları ilə yanaşı zalda əyləşənlər ünsiyyət qurub, onlarla söhbət edib. 
Gecənin maraqlı məqamlarından biri isə xalq artisti Murad Dadaşovla bağlı olub. 

Belə ki, şoumen Tünzalə Ağayeva haqda danışarkən onu “seks-simvol” adlandırıb. M.Dadaşovun bu açıqlaması zalda əyləşənlərin həm alqışına həm də gülüşünə səbəb olub. 

Teymur Məmmədov
VİDEO: Nurlan Gülməmmədov