"Nəvəm də, mən də daşların altında qaldıq, tərpənə bilmirdik
    • 12-10-2020, 11:11
    • 571

"Nəvəm də, mən də daşların altında qaldıq, tərpənə bilmirdik" - GƏNCƏDƏN VİDEOREPORTAJ

Oktyabrın 11-i, saat 2:00 radələrində humanitar atəşkəs rejimini pozan Ermənistan ordusunun Gəncə şəhərinə atdığı raket nəticəsində yaşayış binası tamamilə dağlıb və hadisə nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 34 nəfər isə yaralanıb.

News24.az
-ın Gəncəyə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, hazırda evləri zərər görən və tamamilə dağılan sakinlərin bir çoxu kirayə evlərə yerləşdiriliblər. Digərlər isə evlərindən çıxara bildikləri əşyaları ilə birgə sabah kirayə tutduqları evlərə yerləşəcəklər. 

Raket hücumundan zərər görən ailələrlə görüşən Ombudsman Səbinə Əliyeva bildirib ki, sabah zərərçəkənlərə yeni şəxsiyyət vəsiqələri və plastik kartlarda kirayə pulu veriləcək. 

Hazırda da dağılan evlərin yanından uzaqlaşmayan Gəncə sakinləri bildirib ki, düşmən ermənilər onları bu cür hücumlarla qorxuya salıb, şəhərdən uzaqlaşmaqlarını istəyir. Lakin onlar buna nail ola bilməyəcəklər. 

Gəncədən olan videoreportajı təqdim edirik:

Teymur Məmmədov
Emin Qasımov
Gəncə