SON DƏQİQƏ: Diplomatik korpusun və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri GƏNCƏDƏ - FOTO/VİDEO
    • 12-10-2020, 12:41
    • 870

SON DƏQİQƏ: Diplomatik korpusun və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri GƏNCƏDƏ - FOTO/VİDEO

11 oktyabar tarixində Ermənilərin Gəncədə törətdiyi terror hadisəsi ilə yaxından tanış olmaq üçün Beynəlxalq təşkilat və səfirlik nümayəndələri Gəncədə səfərdədir. 

News24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, onlar erməni seperatçıları tərəfindən şəhərə edilən hücum nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq hadisə yerinə qərənfillər qoyublar.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub. 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Teymur Məmmədov
Emin Qasımov

Gəncə