Azərbaycanda daha 14 şagirddə koronavirus aşkarlanıb
    • 13-10-2020, 17:21
    • 545

Azərbaycanda daha 14 şagirddə koronavirus aşkarlanıb

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 13, işçi sayı 3 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 14, işçi heyətinin sayı 4 nəfər təşkil edib.