Bu gün Azərbaycanda 7 şagird koronavirusa yoluxdu
    • 23-09-2020, 17:54
    • 735

Bu gün Azərbaycanda 7 şagird koronavirusa yoluxdu

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 59, işçi heyətinin sayı 4 olub. 

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 7, işçi heyətinin sayı 6 nəfər təşkil edib.