-
- 15-10-2020, 13:07
- 1 306
Evləri başlarına uçurulanlar, bir gecədə valideynsiz qalanlar - Ermənilərin Gəncədəki TERRORU - FOTOLAR - VİDEOREPORTAJ
Gecə saat 02:00 radələridir. Bir neçə saat idi ki, günlər bir-birini əvəz etmiş, təqvimdə yeni gün başlamışdı. Lakin kiminsə ağlına bəlkə də gəlməzdi ki, 11 oktyabr tarixi təqvimdə qan rəngində işarələnəcək, Azərbaycanın, xüsusilə də Gəncə şəhərinin yaddaşında unudulmaz iz buraxacaq.
Gecədir. Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının sakinlərinin bəziləri yatıb, oyaq olanlar isə dəhşəti gözləri ilə görəcəklər. Həmin anın onların həyatındakı son an, son nəfəs, doğmalarına baxdığı son baxışlar olduğundan xəbərsizdilər.
Güclü partlayış baş verdi. Qələbə parkının yaxınlığında yerləşən bina işğalçı Ermənistan ordusunun raket zərbəsinə tuş gəldi.
“Evim başıma uçdu” deyimini gəncəlilər həmin gecə sözün əsil mənasında yaşadı. Bu ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi növbəti terror aktı, babarlıq idi.
Ətraf dağılan evlərin toz-dumanına büründü. Ana övladını, ata ailəsini axtarır, dağıntılar altında qalan yaşlılar isə nəyin baş verdiyini anlamırdılar və kömək gözləyirdilər.
Əraziyə xilasetmə qüvvələri gəldi. Dağıntılar altında qalan bina sakinlərini axtarırdılar.
Bir qədər sonra isə bu alçaq hücumun ağır nəticələri açıqlanır. Hər keçən saat artan yaralı və həlak olanların sayı hazırda 10 ölü, 35 yaralıdır.
Ailəsini, özünü xilas edənlər, başlarına uçurulan evlərindən çıxa bilənlər, qonşularının imdadına çatmağa can atır və bir neçə ailəni də belə xilas edir. Elə qəlpə yarası alan Əli Əhmədli kimi...
Əli Əhmədli öz ailə üzvlərini çökmüş tavanın qalıqları altından çıxarıb. Onun qəlpə yaralarından axan qanı isə hələ də evin qapısı və döşəməsindədir. Əli deyir ki, yaralarım sağalan kimi cəbhəyə gedib döyüşməyə hazıram.
Gəncə hadisəsinin bir qəhrəmanı da 5 yaşlı Bəxtiyardır. O Bəxtiyar ki, başından, qulağından, boğazından yaralansa da qəti qorxmurdu. Təcili yardım maşınında olanlara gülərək reaksiya verirdi.
Bəxtiyar terror aktından sonra bu gün ilk dəfə doğma evinə gəldi. Qaçaraq otağına girib oyuncaqlarını axtardı. Tapdığı isə dağınıq və sınmış mebellər, şüşə qırıqları oldu.
Əlindəki qırmızı oyuncaq maşını isə qırıq idi. Yox, onu özü qırdığını deyir. Təkid edir ki, ürəyi istəyib və qırıb. Amma üzündəki, qulağındakı və boğazındakı yaraları ermənilər edib.
8 oktyabrda Məryəm 2 yaşına qədəm qoyub. Təzə-təzə dil açırdı. Amma hazırda öyrəndiyi sözləri unudub, danışmır. Dili tutulub. Qorxunu, nifrəti ətrafındakılara baxışları ilə çatdırır. Başından xəsarət alıb.
Məryəmin bacısı isə ermənilər pisdir, evimizi dağıtdılar, hər şey çilik-çilik oldu deyir.
Bu gündən başlayaraq evləri dağılan, yararsız hala düşən sakinlər kirayə tutduqları evlərə salamat qalan əşyalarını, yorğan-döşəklərini daşıyır.
Bəziləri isə artıq 2 gündür ki, illərdir yaşadıqları, lakin hazırda yerlə-yeksan olan evlərindən geriyə qalan daş-kəsəyə baxıb, göz yaşı axıdır. Əslində dağılan təkcə ev deyil. Dağılan ümidlər, xatirələrdir...
Balaca Nilay hələ anlamasa da, 11 oktyabr tarixi ən böyük ağrı-acını onun bəxtinə yazdı. Atılan raket atasının, anasının, nənəsinin, babasının həyatına son qoydu. Anası isə yerləşdirildiyi xəstəxanada partlayışdan bir neçə saat sonra vəfat etdi. Balaca Nilayın dünya boyda dərdi, Azərbaycanın isə Nilayın timsalında bir neçə əmanəti var. Çünki raket hücumu zamanı valideynlərini itirən daha bir neçə azyaşlı Gəncə sakini var.
Sonda sakinlərin sözünü xatırlatmaq yerinə düşər: "Cavad xan nəslindənik. Bu hücumlardan nə qədər olsa da, Gəncəni qoyub heç yerə getmərik".
Teymur Məmmədov
Emin Qasımov
Videomontaj: Adil Ağayev
Gəncə