Düşmən təcavüzü nəticəsində daha 1 məktəbə ZİYAN DƏYDİ
    • 14-10-2020, 13:25
    • 379

Düşmən təcavüzü nəticəsində daha 1 məktəbə ZİYAN DƏYDİ

Düşmən təcavüzü nəticəsində daha bir ümumi təhsil müəssisəsi dağıntılara məruz qalıb.

Bu barədə News24.az-a Təhsil Nazirliyindən məlumat verilib. 

Belə ki, oktyabrın 14-də Erməni Silahlı Qüvvələri tərəfindən Tərtər rayonu və kəndlərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ziyan dəyib. Məktəbin həyətinə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.

Qeyd edək ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində zərər dəyib.