-
- 15-10-2020, 17:06
- 2 133
"Koronavirus bir ildən daha çox bizimlə olacaq" - HANDE HARMANCI - EKSKLÜZİV MÜSAHİBƏ
“Ən az bir il, bəlkə də daha çox müddətə əvvəlki həyatımıza qayıdacağımızı düşünmürəm”.
Bunu News24.az-a eksklüziv müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Ölkəmizdə koronavirusa yoluxma faktının yenidən artması faktını nəzərə alaraq ÜST rəsmisindən müsahibə götürmək qərarına gəldik. Hande Harmancı ilə müsahibəni təqdim edirik.
- Bəzi mütəxəssislər hesab edir ki, tam qapanma doğru seçim deyildi və təcrübəsizlikdən belə bir addım atıldı. Bu barədə nə düşünürsünüz?
- Əvvəllər bu virusa oxşar bir hal yaşamamışdıq. Bütün ölkələr özləri üçün ən doğru olanı etməyə çalışdılar. Azərbaycan da həmçinin. Geriyə baxaraq vəziyyəti təhlil etmək daha asandır. Yaşadığınız hadisənin fonunda qərar verməyə çalışmaq daha çətindir. Bəzi ölkələr tam qapanmaya getdilər. Digərləri qismən başqa formada qapanmanı həyata keçirdilər. Biz ÜST olaraq tam qapanmanı tövsiyə etmirik. Çünki həm əhalinin yaşayış səviyyəsi, həm də iqtisadiyyat baxımından çox sıxıntılar ortaya çıxarır. Bundan sonra, hadisələrə daha lokal formada baxmaq lazımdır.
Zənnimcə, bu dünyada heç bir ölkə yanlış etmədi. Belə bir fikir səsləndirmək xətalı sayılar və haqsızlıq etmiş olarıq. Bütün bu proses boyu hamımız öyrənirik. Bu öyrəndiklərimizi isə icra etməyə çalışırıq. Mən bunun adına COVID rəqsi deyirəm. Bir addım atıb yoxlayırıq. Alındısa, digərini atırıq. Olmadısa, bir addım geri çəkilirik. Beləliklə, bəlkə də başqa bir istiqamətə gedəcəksiniz.
- Azərbaycanın koronavirusla mübarizəsini necə qiymətləndirirsiniz?
- Azərbaycan koronavirusa ən tez reaksiya verən ölkələrdən biridir. Martın əvvəlində məktəbləri bağlayıb, sosial izolyasiya tədbirlərini həyata keçirməyə başladılar. Həmin dönəmlərdə bir laboratoriya var idi. İndi isə 35-ə yaxın laboratoriya var. Martın əvvəllərində xəstəxanalarda təxminən 3 minə yaxın yataq var idisə, indi bu rəqəm 10 minə çatıb. Azərbaycan bu mübarizədə çox sürətli formada inkişaf etdi. Xüsusilə, tibbi cihazların alınmasında cəld tərpəndi. Ən əsası rəqəmsal platformadan effektiv formada yararlandı.
Stəkanın dolu və boş tərəfləri var. Dolu tərəfini görmək çox önəmlidir. Sonra isə "bunu daha da yaxşıya necə dəyişmək olar" - bunu düşünmək lazımdır. Bizim Azərbaycanda iki missiyamız oldu. Bir qismini hökumət reallaşdırdı, digərində isə biz dəstək olmağa çalışdıq. Bizim iş birliyimiz müsbət nəticələr verir. Azərbaycan hökuməti ilə bu mübarizədə birgə çalışmaqdan məmnunuq.
- Peyvəndin tapılmasından yaranan əsas çətinlik nədən ibarətdir?
- Peyvəndlərin hazırlanması üçün bir çox iş düzgün olmalıdır. Peyvənd dediyimiz anlayış mikroorqanizmdən əldə edilir. Bioloji bir prosesdən keçərək böyüməsi lazımdır. Böyüdərkən ölməməyi mütləqdir. Şərait burada ön plana keçir. Bu, stəkan istehsal etmək kimi bir şey deyil. Canlı bir varlıqla nəsə etməyə çalışılır. Bəzi mikroorqanizmlərə qarşı peyvənd istehsalı digərlərinə nisbətən daha asandır. Bu günə qədər koronavirusa qarşı peyvəndimiz yox idi. Bu da o deməkdir ki, ən başdan bu proses tətbiq olunur.
Bütün çətinləklərə baxmayaraq, prosesin sürətli getdiyini deyə bilərik. 42 peyvənd insan üzərində sınaqdan keçirilir. 10 peyvənd isə bu klinik sınaqların üçüncü mərhələsindədir. Onminlərlə insanın üzrərində sınanılacaq. Əks təsiri varmı, varsa nə qədərdir? Bu kimi suallara cavab tapmaq üçün yoxlanılacaq. Bütün bu prosesdən sonra birdən çox peyvənd lisenziya aldıqdan sonra həmin peyvəndləri alıb, sürətli formada istehsalına keçmək lazımdır. Sürətli bir formada istehsalı da çətinlik yaradır. Çünki ancaq müəyyən bir tempdə bu vaksinləri istehsal etmək mümkündür. Məsələn, bir toxumu nümunə deyə bilərik. Bir toxumu alırıq, torpağa əkirik. Temperatur, su, günəş və s. təmin olunsa belə onun böyümək üçün öz vaxtı var. Peyvəndlər də təxminən buna bənzəyir. Əvvəlcə həm təsirli, həm də əks-təsiri olmayan və ya az olan bir peyvənd tapılmalıdır. Daha sonra istehsala keçmək lazımdır.
-Biz bilirik ki, “Sars”, “Mers”, “Qiçs” kimi xəstəliklər daha təhlükəlidir. Bəs COVID-19-la bağlı yaranan narahatlığın özəyi nədir?
- Ən əsas səbəb bilinməyən bir varlığa qarşı qorxu ola bilər. Bəlkə də təkamüllə bağlı prosesdir. Biz insanlar bilmədiyimiz şeydən daha çox çəkinib, özümüzü və ailəmizi qorumağa çalışırıq. COVID-19 isə bütün dünyanı əhatə etdi. Ümumən gündəmimizi və həyatımızı dəyişdirdi. Hər kəs aylardır bu virusla mübarizə aparır. Həm müəyyən yaş qruplarında öldürücü gücünün daha çox olması, həm də sürətli yoluxma funksiyası ilə əlaqədardır. Bir ara necə yoluxduğu barədə belə fikir yürütməkdə çətinlik çəkirdik. Haradan gəldiyi məlum olmayan düşmən olmuşdu.
- Yoluxma və ölüm faktlarının statistikasında rəqəmlərlə oynanıldığını düşünən insanlar var. Bu barədə nə deyərdiniz?
Bütün dünyadakı ölkələrin ortaya çıxan yeni yoluxma halları, ölüm faktları və buna oxşar statistikalar barədə ÜST-ə bildirmək öhdəliyi var. Biz isə həmin rəqəmləri statistika kimi yayırıq. ÜST-ün bütün dünyadakı bu rəqəmlərin doğruluğununu təsbit etməsi kimi bir vəzifəsi yoxdur. Bizə göndərilən rəqəmləri doğru bilib, qəbul edirik. Bu rəqəmlərin neçə olmasından asılı olmayaraq, bizim öhdəliklərimiz dəyişmir. İnsanlar yenə də maskadan istifadə etməli, gigiyenik qaydaları gözləməli və sosial məsafəni qorumalıdır. Bu rəqəmlərlə bağlı nəzəriyyələr qurmaq yerinə insanların özlərini və ətrafını qorumasında fayda görürəm. Təəssüf ki, Bakıda çox insanın bu qaydalara riayət etmədiyini düşünürəm. İnşallah düzələr.
- Həyat nə zaman normal məcrasına qayıdacaq, sizcə?
- Bizim əvvəlki həyatımıza qayıtmağımız vaxt alacaq. Bu, bir az falçılıq sayılır. Amma ən az bir il, bəlkə də daha çox müddətə əvvəlki həyatımıza qayıdacağımızı düşünmürəm. Bu, o demək deyil ki, həyat davam etməyəcək. Biz çölə çıxıb, insanlarla görüşəcəyik. Amma bunlar “yeni normalla” həyata keçiriləcək – yəni, məsafəmizi qoruyub, maskadan istifadə edib, əllərimizi tez-tez yuyaraq həyatımıza davam edəcəyik. Bunu etsək, “yeni normal” həyatımızı bir az rahatlada bilər.
- Psixoloqlar bildirir ki, həssas və qorxulu bir məqama çatmışıq. Belə ki, insanlar virusun yeni yayıldığı dönəmlərdə qorxurdularsa, artıq vecsizlik mövcuddur. Vətəndaşlarımızın bir çoxu artıq virusu önəmsəmir...
- Doğru mesaj insanlara düzgün formada çatdırılarsa, vətəndaşların bunu ciddiyə alacağını düşünürəm. İnsanlarda müəyyən bir yorğunluq və bezginlik var. Ancaq COVID-19 gerçək bir xəstəlikdir. Xüsusilə, xroniki xəstəliyi olanları daha tez öldürür. Bu virusdan qorunmağın başqa bir yolu yoxdur. Təəssüf ki, çox təsirli bir dərmanımız yoxdur. Ona görə də sosial izolyasiya qaydalarına riayət etməliyik. Tək özümüzü yox, həm də ailəmizi qorumalıyıq və bu xəstəliyi ciddiyə almağa davam etməliyik.
- Koronavirusa siyasi don geyindirənlər də az olmadı. Bu virusun siyasətlə bir əlaqəsi varmı və ya siyasi addım saymaq olarmı?
- Bu qədər insanın sosial həyatına təsir edən bir virus meydana çıxanda, siyasətlə əlaqələndirənlər də ortaya çıxır. İctimai səhiyyə olaraq biz bu vəziyyəti dəyərləndirə bilərik. Siyasətlə qarşdırmamalıyıq. Verdiyimiz tövsiyələr isə texnikidir. Siyasətçilər, hökumətlər bunları özlərinə uyğun hazırlaya bilər və ya bunu etməməyi seçə bilərlər. Çünki onların üzərində öz xalqlarının məsuliyyəti var. Amma biz bildiyimiz ən doğru şeyləri masaya qoymalıyıq. Sonrasını isə siyasətçilər edər və ya etməz, bu, onların seçimidir.
- Vaksin tapılacağı təqdirdə bütün dünya ölkələrinə qısa müddətdə çatdırıla bilərmi, yoxsa vaxt alan proses olacaq?
- Peyvəndin istehsalı vaxt alan prosesdir. Sentyabrın ortalarında etibarən Azərbaycanın da qoşulduğu “COVAX Facility” adlı mexanizm var. Bu mexanizmin özəlliyi odur ki, peyvənd ortaya çıxdığı zaman bütün ölkələrə rahatlıqla çatdırılmasını təmin etsin. Yəni peyvənd istehsalı başladığı zaman Azərbaycan da həmin vaksini alan ilk ölkələrdən biri olacaq.
Əvvəlcə, risk qrupu böyük olanlar üzərində istifadə edib, daha sonra istehsal davam etdiyi müddətdə digər qruplara da tətbiq olunacaq. Bu cür beynəlxalq platformada yer almaq Azərbaycanın mövqeyi baxımından düzgün addımdır.
- Azərbaycanda hazırkı yoluxma durumu 500-ü ötüb. Bu, əsas verirmi ki, yenidən qapanmaya gedək?
Son günlər Azərbaycanda yoluxma hallarının sayında artım müşahidə edirik. Hazırda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yeni yanaşmalardan istifadə olunur. Bu, hökümətin məhəllələrdə və kəndlərdə vəziyyəti yaxından izlədiyini göstərir.
Lakin unutmamalıyıq ki, virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır. Sadə gigiyenik qaydalara əməl etməklə, fiziki məsafə saxlamaqla və kütləvi məkanlara getməkdən çəkinməklə özümüzü və sevdiklərimizi qoruya bilərik. Bununla yanaşı, hər hansı kütləvi məkanda fiziki məsafə saxlamağın mümkün olmadığı yerlərdə maska taxmağın vacibliyini də vurğulamaq istərdim. Bu şəraitdə maskadan düzgün istifadə etməliyik. Belə ki, maska ağız və burun boşluğunu tam örtməli, yanaq, burun və çənə üzərində sıx oturmalıdır. Ümid edirik ki, hər kəs tövsiyələrə riayət edəcək və tam qapanmaya getməyə ehtiyac yaranmayacaq.
- ÜST koronavirusla mübarizədə ən çox hansı ölkə ilə problem yaşadı?
- Koronavirusla mübarizədə bütün ölkələr problem yaşadı. Çünki bilmədikləri bir şeylə qarşılaşmışdılar. Bəzi ölkələr daha asan formada bu mübarizəyə qoşuldu. Onlar fövqəladə vəziyyətlərə əvvəldən hazırlanan ölkələr idi. Səhiyyə sistemləri zəif olan ölkələr daha çətin formada mübarizə apardılar. Çünki qısa müddətdə xəstəxanaları, ambulator xidmətləri, laboratoriyaları və tibb işçilərini
hazırlamaq lazımdır ki, reaksiya tezləşsin. Ancaq heç kimin gözləmədiyi ölkələr də problemlər yaşadılar.
Hər kəs elə bilirdi ki, ən kasıb ölkələr bu virusla mübarizədə çətinlik yaşayacaq. Amma biz gördük ki, heç də kasıb olmayan ölkələr sıxıntılar yaşadı. Bu virus bütün ölkələrə səhiyyə sistemlərini gözdən keçirmələrinin və fövqəladə vəziyyətlərə hazır olmalarının önəmini izah etdi. COVID-in gələcəyini ÜST onillərdir deyir. Yəni, biz belə bir xəstəliyin gələcəyini və sonunun olmayacağını çoxdan demişdik. Bundan sonra da buna oxşar xəstəliklər olacaq. Bu baxımdan ölkələr COVID-i fürsət bilib, öz səhiyyə sistemlərini gücləndirməlidir.
Məhərrəm Əliyev
FOTO/VİDEO: Fərid Şabanov