Sumqayıtda bazarda atəş açılıb, bir nəfər yaralanıb
    • 15-10-2020, 16:40
    • 471

Sumqayıtda bazarda atəş açılıb, bir nəfər yaralanıb

Sumqayıtda silahlı insident baş verib.  

Hadisə şəhərin "İnşaatçılar" qəsəbəsində yerləşən bazarda qeydə alınıb.  

Belə ki, naməlum şəxs "BMW" markalı avtomobildən düşərək ov tüfəngindən atəş açıb.

Nəticədə bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan, 1988-ci il təvəllüdlü Çələbiyev Natiq Atabala oğlu xəsarət alıb. Çoxsaylı qırma yarası alan yaralı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA/