Sumqayıtda baş verən yol qəzasında nənə və nəvə xəsarət alıb
    • 17-08-2020, 14:00
    • 588

Sumqayıtda baş verən yol qəzasında nənə və nəvə xəsarət alıb

Sumqayıtda yol qəzası olub.

News24.az xəbər verir ki, hadisə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. "KaMAZ" markalı yük maşını "Lexus" markalı minik avtomobilini arxadan vurub.

Hadisə nəticəsində minik avtomobilində olan, 1959-cu il təvəllüdlü Salayeva Dilrübə Əhmədağa qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Məmmədli Rafael Elşad oğlu xəsarət alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.