Hikmət Hacıyev: "Gəncəyə "Elbrus" raketi atılıb" - FOTOLAR
    • 17-10-2020, 03:07
    • 801

Hikmət Hacıyev: "Gəncəyə "Elbrus" raketi atılıb" - FOTOLAR

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Gəncəyə atdığı raket barədə məlumat verib. 

News24.az xəbər verir ki, H.Hacıyev şəxsi "Tvitter" hesabında bunları yazıb:

"ANAMA-nın Gəncəyə atılan raketlə bağlı verdiyi məlumata görə, bu SCUD / Elbrus Əməliyyat-Taktik Balistik Raketidir. Hadisə yeeində aşkarlanan fraqmentlər bunu sübut edir. Sıx məskunlaşan mülki şəxslərə qarşı SCUD raketinin hədəf alınması Ermənistan liderlərinin tam anormllığını və şizofrenik düşüncəsini göstərir".