Hikmət Hacıyev Gəncədə həlak olan 15 yaşlı Nigardan yazdı:
    • 18-10-2020, 09:25
    • 692

Hikmət Hacıyev Gəncədə həlak olan 15 yaşlı Nigardan yazdı: "Doğum günün mübarək"

"Doğum günün mübarək Nigar. Qonşumuzun qaniçən Ermənistan olduğu üçün səndən üzr istəyirik".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" hesabında yazıb. H.Hacıyev qeyd edib ki, dinc sakinlərin, uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir.

Hikmət Hacıyev həmçinin Nigarın doğum günündən bir gün əvvəl Ermənistanın ölümcül raket hücumu nəticəsində öldürüldüyünü də vurğulayıb.