Ermənistan silahlı qüvvələri dövlət sərhədində mövqelərimizi atəşə tutur
    • 19-10-2020, 12:44
    • 629

Ermənistan silahlı qüvvələri dövlət sərhədində mövqelərimizi atəşə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur.