-
- 19-10-2020, 12:00
- 1 018
Pandemiya üçün ön və arxa cəbhə YOXDUR – Koronavirusa FÜRSƏT VERMƏMƏLİYİK - PROFESSOR
“Arxa cəbhədə üzərimizə düşən vəzifəni layiqincə icra etməliyik”.
Bunu News24.az-a son zamanlar koronavirusa yoluxmanın artım tempindən danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Professor bildirib ki, koronavirusa yoluxma hallarının pik həddi ötməsi bizim davranışlarımızla sıx bağlıdır: “Qarabağ məsələsi başladıqdan sonra bu məsələ arxa plana keçdi. Pandemiyanı önəmsəmədik. İnsanlar ictimai nəqliyyatda, qapalı mühitdə, ticarət mərkəzlərində və marketlərdə karantin davranışlarına əməl etmədilər. Məsafə gözləmək, maska taxmaq, qapalı mühitdə əllərin dezinfeksiyasını etmək – bunlara əməl edən insanların sayı azalıb”.
A.Qeybullanın sözlərinə görə, ictimai nəqliyyatda maskanı burundan aşağı salanlar vəziyyətin ciddiliyinin fərqində deyil: “Bundan əlavə, məsafə önəmli nüanslardan biridir. Təcrübə göstərir ki, məsafə gözlənildiyi təqdirdə virusa yoluxma halı daha az olur. İnfeksiya mənbəyi xəstə insan olduğu üçün həmin insandan uzaq durmaq, maska taxmaq və əlləri dezinfeksiya etmək əsas şərtlərdəndir. Bu cür sadə, etibarlı, əlçatan tədbirlərə əməl etmək lazımdır”.
O, vurğulayıb ki, situasiyaya uyğun olaraq karantin daha da sərtləşdirilə bilər: “Bu, indiki vəziyyətdə gözləniləndir. BNA adlı bir qurum var. Gün ərzində küçələrdə maşınları çəkməklə məşğuldular. Onlar avtobuslarda qayda-qanun yarada bilərdilər. Pandemiya ilə mübarizəni hər kəs aparmalıdır. Pandemiya üçün ön və arxa cəbhə yoxdur. Buna görə də biz bu virusun ön cəbhəyə keçməsinin tamamilə qarşısını almalıyıq. Mümkün qədər lokallaşdırmalıyıq. Bu isə dövlətin sərt tədbirlər görməsi zərurətini yaradır.
Həmçinin, Qarabağ müharibəsi başlayandan sonra rayonlara olan axın diqqətdən kənarda qaldı. İnsanlar rayonlara və oradan da Bakıya miqrasiya etdilər. Bu isə rayonlarda xeyli sayda yoluxma ilə nəticələndi. Artıq bir neçə rayon və kəndlərdə sərt karantin tədbirləri həyata keçirilir. Hesab edirəm ki, indiki durumda Azərbaycan üçün tale yüklü bir mərhələdir. Torpaqlarımızın işğaldan azad edildiyi bir vaxtda biz karantin davranışlarını ciddi gözləməliyik”.
Məhərrəm Əliyev