“Neyləyək, hər adamın başına bir polis qoyaq?”- BAŞ İNFEKSİONİST
    • 18-05-2020, 15:48
    • 808

“Neyləyək, hər adamın başına bir polis qoyaq?”- BAŞ İNFEKSİONİST

“Operativ Qərargahın tövsiyələrinə mütləq şəkildə əməl etməliyik. Yoxsa xəstələnmə hadisələrinin sayı artacaq”.

Bunu News24.az-a açıqlamasında Respublikanın Baş infeksionisti Cəlal İsayev bu gün paytaxtda, avtobuslarda, metroda yaranan insan sıxlığına münasibət bildirərkən deyib.  

O qeyd edib ki, insanlar yaxınlarının, ətraf insanların  xəstələnməməsi üçün  məsafəni gözləmək lazımdır: “Maska taxmaq lazımdır. Kütləvi toplsaşma yerlərində olmamaq lazımdır. Şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır. Məsafə gözləmək lazımdır.  

İndi icazə verilib deyə, insan qayda qanunu pozmayacaq ki?! Biz demirik ki, icazə verilib hər şey edə bilərsiniz. İndi məsulliyət daha da artıq olmalıdır. Hər bir insanın başı üstündə polis qoyası deyillər ki?! Özümüz özümüzə daha sərt qanun qoymalıyıq ki, ciddi surətdə əməl olunsun”. 

Afaq Mirayiq