"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır" - İlham Əliyev
    • 21-10-2020, 13:25
    • 412

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır" - İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baç Komandanı İlham Əliyev "Tvitter" hesabında növbəti paylaşım edib.

News24.az xəbər verir ki, paylaşımda deyilir:

"Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb. Əminəm ki, Azərbaycan vətəndaşları bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacaqlar. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü".