Şok! Azərbaycanlı müğənni türk pop starı Yıldız Tilbəyə cadu edib?
    • 12-10-2018, 14:44
    • 777

Şok! Azərbaycanlı müğənni türk pop starı Yıldız Tilbəyə cadu edib?

İstedadı, musiqi duyumu, səs tembri ilə bir çox azərbaycanlı müğənnini qısqandıran milyonların sevimlisi Yıldız Tilbənin Azərbaycan şou-biznesi tərəfindən sevilmədiyi son günlər müzakirə mövzusudur.


Hətta xüsusi səs və vizual effektlərlə tamaşaçı zövqü korlamaqla məşğul olan bir neçə müğənninin türk pop starı Yıldız Tilbəyə qarşı el şənliklərində əks- təbliğat apardığı haqda söhbətlər dolaşır.

Xüsusi mənbələrdən alınan məlumata görə, türk müğənninin Bakıda konsertinin baş tutmaması üçün hətta batil inanclara müraciət edən məşhurlarımız da var. Belə ki, yaxın günlərdə müğənninin Bakıda baş tutacaq konsertinə mane olmaq üçün yerli müğənnilərimizdən birinin cadu etdirdiyi deyilir. 

Bütün səylərə baxmayaraq, Yıldız Tilbə Azərbaycana gəlməkdə israrlı olduğunu, Azərbaycanı və Azərbaycandakı pərəstişkarlarını çox sevdiyini bildirir. Onun azərbaycanlı pərəstişkarları qarşısında konsert verməsinə mane olmağa çalışan həmkarının adını tədbirdə açıqlayacağı bildirilir. 

//AFN