-
- 12-10-2018, 15:40
- 551
Seçiləndən 31 gün sonra öldü, milyardları xalqa xərcləndi… - ABŞ prezidentlərinin qəribə taleləri
1492-ci ilin bu günündə - düz 526 il öncə Xristofer Kolumb Amerika qitəsini kəşf etdi.
Hazırda bu qitənin tərkibində olan ABŞ dünyanın ən böyük ölkəsidir. Heç kimə sirr deyil ki, ABŞ-ın təsiri olmadan dünyada hər hansı böyük layihənin reallaşması ya mümkün deyil, ya da buna qarşı ciddi təpkilər olacaq.
Məqalədə dünyanın supergüc ölkəsinin prezidentləri ilə maraqlı məqamlar öz əksini tapıb.
ABŞ-ın ilk prezidenti Corc Vaşinqton, hansı ki, bu gün paytaxt Vaşinqton onun adını daşıyır, Ağ Ev tarixində 100 faiz seçici səsi qazanmış yeganə prezidentdir. O, partiyadaxili mübarizənin siyasi həyata mənfi təsir göstərdiyini və ölkənin inkişafını ləngitdiyini düşünərək partiyaçılıq ideyasını rədd edib.
ABŞ tarixində ən çox işləyən prezident Franklin Delano Ruzvelt olub. 1933-1945-ci illərdə ABŞ-a rəhbərlik edən Ruzvelt prezidentlər arasında nahara ən az pul xərcləyən prezident kimi tarixə düşüb. O, bunu kasıblardan fərqlənməmək üçün edib.
ABŞ tarixində ən az işləyən prezident Uilyam Harrisondur. Cəmi 31 gün bu vəzifədə çalışan Harrisonun gedişinə səbəb vəfat etməsi olub. Bir aylıq hakimiyyətdə olan Uilyam 23-cü ABŞ prezidenti Bencamin Harrisonun babasıdır.
ABŞ-ın ən gənc prezidenti 42 yaşlı Teodor Ruzvelt olub. O, 1901-1909-cu illərdə ölkəyə rəhbərlik edən Ruzvelt bu posta seçkilər nəticəsində deyil, 1901-ci ildə prezident Uilyam Mak-Kinlinin qətlindən sonra vitse-prezident kimi yiyələnib.
ABŞ-ın ən yaşlı prezidenti 71 yaşında prezident seçilən və hazırda da bu vəzifəni icra edən Donald Trampdır. Ölkə başçısı seçilənə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olan Tramp həm də ABŞ-ın ikinci milyarder rəhbəridir.
Qrover Klivlend ölkə tarixinə fasilələrlə iki müddət prezident seçilən yeganə dövlət başçısı kimi düşüb. O, ABŞ-ın 22-ci və 24-cü prezidentidir (1885-1889 və 1893-1897). O, Ağ Evdə evlənmiş ilk prezident kimi də tarixə düşüb.
ABŞ-ın ilk qaradərili prezidenti Barak Obama olub. 2009-2017-ci illərdə Birləşmiş Ştatlara rəhbərlik edən Obama əslən Keniyadan olsa da, Havay adalarında anadan olub. Amerikanın ilk afroamerikalı rəhbəri "Nobel” sülh mükafatına layiq görülüb.
Dağ-mədəni sənayesi sahəsində sərvət toplamış Ağ evin 31-ci başçısı Herbert Quver (1929-1933) və varlı ailədən çıxmış ABŞ-ın 35-ci prezidenti Con Kennedi (1961-1963) öz prezidentlik əməkhaqlarını xeyriyyəçiliyə sərf ediblər.
//Azxeber.com