-
- 23-10-2020, 12:26
- 2 031
Ermənilərin qorxulu yuxusu və "CƏHƏNNƏM SİLAHI" adlandırdığı - "BAYRAKTAR"
27 sentyabrdan etibarən Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Düşmənin çox sayda hərbi texnikasının məhv edilməsində Azərbaycanın hərbi arsenalında iki texnikanın mühüm rolu olub – “Bayraktar TB2”, “Harop”. Düşmənin qorxulu yuxusuna çevrilən bu iki texnikanın adını tez-tez eşidirik. “Harop” İsrail Aerokosmos Sənayesi (Israel Aerospace Industries) qurumunun aerokosmos diviziyası tərəfindən hazırlanan Pilotsuz Uçan Aparatdır. Ona daha çox gəzən sursat deyilir. Bu aparat anti-radiasiya kateqoriyalı drondur - hədəfin, əsasən radarların yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəflərə vurur. Amma biz bu gün “Bayraktar TB2” pilotsuz təyyarədən danışacağıq.
News24.az xəbər verir ki, Azərbaycan hərbçiləri tərəfindən Qarabağdakı hədəflərin vurulması barədə paylaşılan videoların əksəriyyətini Bayraktar TB2 hücum dronu reallaşdırır.
Türkiyə “Bayraktar TB2” dronlarının istehsalına 2014-cü ildən başlayıb. Səbəb ABŞ-ın ona müvafiq uçuş aparatlarını satmaqdan imtinası olub. Bu dron Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsi “Baykar Makina” şirkəti tərəfindən istehal edilir.
Sistem 2015-ci ildə Türkiyə Silahlı Qüvvələri arsenalına daxil edilib. Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi Pəncə Əməliyyatlarında, Suriyadakı vətəndaş müharibəsində və İkinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründəki əməliyyatlarda fəal şəkildə istifadə olunub. Bu sistemdən Türkiyə ordusundan başqa Azərbaycan, Qətər və Ukrayna ordusu da istifadə edir. Yayılan məlumatlara görə, Qarabağ döyüşlərindən sonra Bayraktar aparatlarına maraq göstərən ölkələrin sayı artıb. “Bayraktar TB2”nin qiyməti isə 5 milyon dollardır.
Hücum dronu operatorun nəzarəti altında və ya müstəqil olaraq fəaliyyət göstərir. Bu aparatlar ehtiyac olduqda GPS və idarəçi olmadan belə, yerini dəyişə və yerə enə bilir. Kəşfiyyat, müşahidə və ya zərbə üçün istifadə edilir. Türkiyənin Roketsan Roket Sanayii ve Ticaret A.S. şirkəti tərəfindən istehsal olunan lazerlə idarə olunan MAM (Mini Akıllı Mühimmat - Smart Mini Sursat) tipli bombaları daşıyır. Bayraktar TB2-nin digər əsas üstünlüyü odur ki, çəkdiyi görüntüləri real vaxt rejimində idarəetmə mərkəzinə ötürə bilir. Buna görə də cihazın daşıdığı raketlər vasitəsilə hədəfləri 100% dəqiqliklə vurmaq mümkün olur.
Əsasən, tank əleyhinə raketlər və hava bombaları daşımaq qabiliyyətinə malikdir. Dörd raketlə silahlanan Bayraktar TB2 12 saatdan çox havada qala bilər. Bu, davamlı hava növbəsi keçirməyə və hədəfləri müəyyənləşdirdikdən sonra raketlər atmaq üçün cəbhə xəttinə sürətlə yaxınlaşmağa imkan verir. Reaksiya müddəti aviasiya ilə müqayisədə çox yüksək olur. Bu isə az bir zaman müddətində mövcud olan hədəflərə təsirli bir şəkildə müdaxilə etməyi mümkün edir.
Texniki göstəriciləri:
Ekipaj - Yoxdur
Uzunluq: 6.5 m
Qanad genişliyi: 12 m
Maksimum qalxma çəkisi: 650 kq
Yük tutumu: 55 kq
Maksimum sürət: 222 km/saat
Seyredici sürəti: 130 km/s
Fəaliyyət radiusu 150 km
Ən yüksək hədd: 8200 m
Avtonom idarəetmə: 24 saat
PUA Rotax 912 daxili yanma mühərriki ilə təchiz olunub. Gövdə kompozit materiallardan hazırlanıb və avtomatik qalxma-enmə sistemi ilə təchiz edilib. Pilotsuz aparatların vurduğu hədəflər arasında, əsasən, hərbi texnika, daha az hallarda anbarlar və ya hərbi personal olur. Hücuma məruz qalan obyektlər arasında Osa və Strela-10 zenit raket sistemləri də var.
Bayraktar TB2 hücum dronunun ideya müəllifi və yaradıcısı Türkiyəli iş adamı, mühəndis, texniki direktor və “Baykar Makina”nın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdardır. Atası Özdəmir Bayraqdar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan “Baykar Makina” şirkətinin qurucusu və sahibidir. S.Bayraqdar təhsil həyatına Sarıyer İbtidai məktəbində başlayıb. 1997-ci ildə isə Robert Kollecini bitirib. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlayıb. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasında staj keçib. Təcrübə müddətində təqaüd verildikdən sonra 2002-2004-cü illər arasında Pensilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamlayıb.
Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirib. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışıb. Dünyada ilk dəfə həyata keçirilən PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparıb.
2007-ci ildən etibarən ailəsinə məxsus “Baykar Makina” şirkətinin texniki direktoru (CTO) kimi çalışır. Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk pilotsuz uçuş aparatı Bayraktar Mini PUA-nın yaradıcısıdır. Türkiyənin ilk hücum pilorsuz uçuş aparatı Bayraktar Akıncının (PUA) yradılmasında xüsusi əməyi olub. "Türkiyə Texnologiya Komandası" (T3) fondunun təsisçisidir. Vəqfin təsisində məqsəd texnologiyaya həvəsli olan müəyyən yaş qruplarındakı insanları araşdırma aparmağa təşviq etmək, texnoloji təşəbbüsləri dəstəkləmək və istehsala dəstək verməkdir. Türkiyədə kosmik sahədə görülən işləri tanıtmaq üçün “Teknofest” festivalının təşkilatçısı kimi bilinir.
Məhərrəm Əliyev