"Şəhid verməsək torpağımızı azad edə bilmərik" - Şəhid Şükür Həmidovun atası
    • 23-10-2020, 15:25
    • 1 042

"Şəhid verməsək torpağımızı azad edə bilmərik" - Şəhid Şükür Həmidovun atası

Qubadlı rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə həlak olan Milli Qəhrəman, polkovnik-leytenant Şükür Həmidov bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.

News24.az xəbər verir ki, dəfn mərasiminə Müdafiə naziri Zakir Həsənov, Müdafiə Sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyev, Milli Qəhrəman Rövşən Əkbərov, Ş.Həmidovun zabit yoldaşları və ailə üzvləri qatılıb. 

Dəfn mərasimi zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev şəhid Şükür Həmidovun 88 yaşlı atasına zəng edərək başsağlığı verib.

Şükür Həmidovun atası bildirib ki, şəhid verməsək torpağımızı azad edə bilmərik: “88 yaşım olmasına baxmayaraq mən də Sizin əmrinizlə silaha sarılıb torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qarabağ Azərbaycandır!”