İsgəndər Həmidovun hüzr mərasimi bu ünvanda olacaq
    • 26-02-2020, 11:47
    • 728

İsgəndər Həmidovun hüzr mərasimi bu ünvanda olacaq

Dünən gecə dünyasını dəyişən sabiq daxili işlər naziri İsgəndər Həmidovun nəşi hazırda Bakının Göy məscidindədir. Oradan dəfn olunmaq üçün Sulutəpədəki qəbristanlığa aparılacaq və mərhum həyat yoldaşının yanında dəfn olunacaq.

News24.az xəbər verir ki, bu barədə İ.Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə bildirib.

İ.Həmidovun hüzr mərasimi isə bu gün dəfndən sonra Badamdarda – “Bəyoğlu” restoranı ilə üzbəüz mərasim evində keçiriləcək.

Allah rəhmət eləsin! /Türküstan.info/