-
- 15-07-2020, 13:47
- 1 210
Prezident general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.
Onlar bu gün İkinci Fəxri Xiyabanda dəfn olunub.