-
- 12-10-2018, 16:38
- 1 653
Pentaqon virus yaya bilən böcək ordusu qurur
ABŞ-ın ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə Pentaqon hazırladığı proyektlə böcəklər vasitəsilə viruslar yaymağı planlaşdırır. Elm adamları layihənin biloji silaha çevriləcəyindən narahtlıq keçirirlər.
ABŞ Müdafiə Nazirliyinin İrəli Araşdırmalar Agentliyi DARPA tərəfindən hazırlanan və müxtəlif mübahisələrə səbəb olan layihəyə “Müttəfiq böcəklər” adı verilib. CRİSPR kimi genetika dəyişdirmə texnologiyası ilə böcəklərin genomları dəyişdirilərək qarğıdalı və taxıl tarlalarında məhsulun müqavimətini artırmaq planlaşdırılır. Məsələn, qəflətən baş verən sel daşqınlarına məruz qalan tarlalara buraxılacaq bu böcəklər məhsulun böyüməsini yavaşladaraq seldən zərər görməni əngəlləyə biləcək.
DARPA rəsmi açıqlamada hər sezon hədəfə uyğun müalicələrin aparılacağı, beləliklə də ABŞ-ın qida istehsalının xəstəlik, sel, don vurma və hətta xarici təhdidlərə qarşı qorunmağa alınacağı, ərzaq təhlükəsizliyinin milli təhlükəsizlik ünsürü olaraq görülməsi qeyd edilmişdir. Elm Dünyasından bəzi önəmli adamlar layihəyə təmkinli münasibətdə dayanır. DARPA-nın açıqlaması qənaətbəxş hesab edilmir. Elm adamları böcək əvəzinə niyə dərman səpmə sistemlərinin istifadə edilməməsini anlamırlar. Frayburq Universitetindən Silja Voeneki “xəstəlik yaymaq üçün böcəklərin istifadəsi klassik biloji silahdır” deyir.
Müttəfiq Böcəklərin proqram rəhbəri Blek Bikstin isə narahatlığı əbəs hesab edir. “Nə vaxt yeni və irəliyə yol açan bir texnologiya ixtira etsəniz bunun müdafiə və ya hücum qabiliyyəti də tapılır. Ancaq bu layihədə biz bunu etməyəcəyik” deyən Bikstin bitkiləri müalicə və qorumaq üçün çalışdıqlarını, ərzaq təhlükəsizliyini milli təhlükəsizliyin tərkib hissəsi olaraq gördüklərini ifadə edir. Layihə hələ başlanğıc mərhələsindədir, ancaq ölkənin fərqli universitetlərindən 4 araşdırmaçı ilə layihə üzərində çalışmaq üçün lazım olan maddi qaynaq ayrılmışdır. Layihənin ilk sınaqları uğurla nəticələnmişdir. Yarpaq bitki vasitəsi ilə qarğıdalı bitkisinə florosan təsiri olan virus bulaşdırılmışdır. Test nəticələrində qarğıdalı yarpaqları işıq yaymağa başlamışdır.
//AFN