Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı açıqlama - VİDEO
    • 26-10-2020, 16:32
    • 664

Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı açıqlama - VİDEO

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın Daşkəsən rayonuna hücum ediblər”.

News24.az
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Nəticədə yanğın olub. Yanğınsöndürənlər yanğını söndürmək və Ermənistanın ekoloji terrorunu minimuma endirməyə çalışır. Xoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdur”, - o qeyd edib.