Ermənistanın 1-ci ümumqoşun ordusu komandanın müavini məhv edilib
    • 29-10-2020, 10:05
    • 503

Ermənistanın 1-ci ümumqoşun ordusu komandanın müavini məhv edilib

Dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.

Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.