Azərbaycanlılar Qara dənizdə batmış teploxoddan xilas ediliblər
    • 13-10-2018, 15:43
    • 798

Azərbaycanlılar Qara dənizdə batmış teploxoddan xilas ediliblər

Qara dənizdə Panama bayrağı altında üzən və metal qalıqları daşıyan teploxod batıb.

Bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin (Rosmorreçflot) Mətbuat xidmətindən bildiriblər.

Gəmi Azov limanından yola çıxıb və sahildən 50 mil məsafədə olub.

Teploxodun bütün ekipajı - iki Türkiyə və altı Azərbaycan vətəndaşı xilas edilib. Yunanıstan bayrağı altında üzən tanker onları Novorossiyskə çatdırıb.

"Rosmorreçflot"dan verilən məlumata görə, xlas edilən dənizçilərin həyatları və sağlamlıqları üçün təhlükə yoxdur.