“Sivasspor” və “Qarabağ” oyununun iştirak ərizələri açıqlanıb
    • 3-11-2020, 12:02
    • 504

“Sivasspor” və “Qarabağ” oyununun iştirak ərizələri açıqlanıb

Avropa Liqasının III turunun “Sivasspor” – “Qarabağ” oyununun iştirak ərizələri açıqlanıb.

News24.az xəbər verir ki, İ qrupunun noyabrın 5-də keçiriləcək matçı ərəfəsində hər iki komandanın “23-lüy”ü bəlli olub.

Baş məşqçilər Rza Çalımbay və Qurban Qurbanov Sivasdakı Yeni 4 Eylül stadionunda təşkil olunacaq qarşılaşmadan iki gün öncə heyətləri müəyyənləşdirib.

“Sivasspor”:
Qapıçılar: 25. Muammer Zülfikar, 30. Mamadu Samassa, 77. Muhammet Can Tuncer;
Müdafiəçilər: 3. Uğur Çiftçi, 4. Aaron Apindaqoye, 8. Robin Yalçın, 14. Samba Kamara, 58. Ziya Ərdal, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa;
Yarımmüdafiəçilər: 5. İsak Kofie, 6. Klaudemir, 10. Yasin Öztəkin, 17. Ərdoğan Yeşilyurt, 19. Kubilay Eren Şahin, 37. Hakan Arslan;
Hücumçular: 2. Aruna Kone, 7. Maks-Alain Qradel, 9. Mustafa Yatabare, 11. Jorje Feliks, 29. Kasimir Rodriqe Ninqa, 76. Faysal Fayr, 80. Olarenvayu Kayode.
Baş məşqçi: Rza Çalımbay

“Qarabağ”:
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayxan Arazlı;
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev, 77. Vild-Donald Gerye;
Hücumçular: 7. Ovusu Kvabena, 11. Mahir Emreli, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, Azərbaycan çempionunun Türkiyə təmsilçisi ilə qarşılaşması Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. /Apasport/