Tramp üstünlüyü saxlamaqda davam edir
    • 4-11-2020, 13:00
    • 359

Tramp üstünlüyü saxlamaqda davam edir

ABŞ-ın hazırkı prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Tramp səslərin hələ sayılıb qurtarmadığı 6 ştatın 5-də birinci yerdədir.

News24.az xəbər verir ki, bületenlərin 64 faizinin sayıldığı Pensilvaniyada D.Tramp səslərin 56,1, səslərin 71 faizinin sayıldığı Miçiqanda 53,4, həmçinin 94 faizinin sayıldığı Şimali Karolinada 50,1 faizini, 80 faizinin sayıldığı Corciyada 56 faizini, 91 faizinin sayıldığı Viskonsində 51,3 faizini qazanıb.

Demokrat Partiyasının namizədi Co Bayden isə bületenlərin üçdə ikisinin sayıldığı Nevada ştatında səslərin 50,3 faizini əldə edib.