Türkiyədə dəhşətli qəza: çox sayda ölü - VİDEO
    • 14-10-2018, 18:20
    • 970

Türkiyədə dəhşətli qəza: çox sayda ölü - VİDEO

Türkiyənin İzmir vilayətində qeyri-qanuni mühacirləri daşıyan yük avtomobili qəzaya uğrayıb.

Qəza nəticəsində ən azından 18 nəfər həlak olub.

Qeyd olunur ki, aydın olmayan səbəbə görə sürücü idarəetməni itirib və avtomobil çevrilərək suvarma kanalına aşıb.

Hadisə yerinə gələn xilasedicilər yaralıları yerli xəstəxanalara çatdırıb.

Tədqiqat aparılır.

//Oxu.az