TƏCİLİ! Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
    • 6-11-2020, 08:56
    • 445

TƏCİLİ! Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür. Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.