SON DƏQİQƏ! Ağdam artilleriya atəşinə tutulur
    • 3-10-2020, 10:37
    • 458

SON DƏQİQƏ! Ağdam artilleriya atəşinə tutulur

Oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur.

Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.