Müdafiə Nazirliyi: Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb
    • 7-11-2020, 11:07
    • 547

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb

Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər tamamilə həqiqətə uyğun deyil.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb", - məlumatda bildirilib.