"Rəbbim Qarabağ torpağına ayaq basmağı tezliklə qismət etsin" - FİRƏNGİZ MÜTƏLLİMOVA - VİDEO
    • 7-11-2020, 11:17
    • 1 077

"Rəbbim Qarabağ torpağına ayaq basmağı tezliklə qismət etsin" - FİRƏNGİZ MÜTƏLLİMOVA - VİDEO

Xalq artisti Firəngiz Mütəllimovanın "İnstagram"da etdiyi sonuncu paylaşım diqqət çəkib.

News24.az xəbər verir ki, aktrisa atasının Şuşadakı son görüntülərini paylaşaraq bunları yazıb: "Atamın Şuşadan son görüntüsü. 1992-ci il Şuşa. Canım atam, indi şükür Allaha. Dünyaya səs salan silah sursatımız, güclü müzəffər, şanlı ordumuz, mərd igid əsgərlərimiz, qeyrətli Ali Baş Komandanımız var. Bizi Qoruyan dövlətimiz və milləti üçün canından keçən Prezidentimiz var. Ruhun şad olsun əziz atam, rəbbim Qarabağ torpağına ayaq basmağı tezliklə bizə qismət etsin".

Sevda Bayramova