28 illik Şuşa həsrətinə SON - PAYTAXT SAKİNLƏRİ ŞAD XƏBƏRİ İZDİHAMLA QARŞILAYIR
    • 8-11-2020, 16:05
    • 813

28 illik Şuşa həsrətinə SON - PAYTAXT SAKİNLƏRİ ŞAD XƏBƏRİ İZDİHAMLA QARŞILAYIR

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


News24.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib. 

Bu şad xəbər televiziyalarda, radio dalğalarında, sosial şəbəkələrdə səslənər-səslənməz siqnal səsləri, "Qarabağ Azərbaycandır!", "Şuşamız, qayıdışın mübarək" şüarları şəhəri bürüdü. Yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşır. Şad xəbər 28 il yarımdır həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc və qürur hissi yaşadır.



News24.az isə öz növbəsində insanların təəssüratlarını öyrənmək üçün paytaxtdan xüsusi videoreportaj hazırlayıb.

Sözügedən görüntüləri təqdim edirik:

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov