-
- 8-11-2020, 17:44
- 1 460
Şuşalı tanınmışlar göz yaşlarına BOĞULDU - FOTOLAR
Şuşanın dumanlı dağları, xarı bülbülü 28 il sonra ona əziz, bu torpaqda doğulsa da havasını doyunca ciyərlərinə çəkə bilməyən, cavan ikən yurdundan qovulan hazırda isə yaşlı nəslin nümayəndəsi olan doğma insanlarına qovuşmaq üçün gün sayır.
Bəli, Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xalqa müraciət edərək mədəniyyət beşiyimiz Şu erməni işğalından azad olunduğunu elan etdi.
Şuşaya əbəs yerə mədəniyyət beşiyimiz demirik. Neçə-neçə dahi sənətkarlar yetişdirib Şuşa...
Şuşanı sonuncu dəfə 18 yaşında görən sənətkar, Xalq artisti Flora Kərimova hisslərini News24.az-a göz yaşları ilə çatdırıb.
F. Kərimova Azərbaycan Ordusunun qarşısında baş əydiyini və Cənab Ali Baş Komandan İlham Əliyevə torpaqlarımızın işğladan azad etdiyi üçün minnətdarlığını bildirib: “Şuşaya həsrət qalacağımı düşünürdüm. Oranı yenidən görməyə ümidim qalmamışdı. Bu gün isə Şuşamız işğaldan azad edildi. Mən yenidən Şuşaya ayaq basacağam. Biz düşmənə ondan güclü olduğumuzu sübut etdik. Allah Azərbaycan Xalqına sevincli günlər nəsib etsin”.
Əməkdar artist Tahir İmanov vurğulayıb ki, xəbəri eşidəndə, balaca uşaq kimi sevincindən hönkür-hönkür ağlayıb:
“Həyəcandan 1 saat heç kimlə danışa bilmədim. Mən uşaqlığıma qayıtmışam. Sanki yenidən öz evimə və Süleyman Ələsgərovun evinə qayıtmışam. Həyatımın ən gözəl gününü yaşayıram. Yəni qələbə gününü... Məktəbli vaxtlarımda Böyük Vətən müharibəsi haqqında kinolara baxanda, həmişə heyfslənirdik ki, biz belə bir müharibədə iştirak etməmişik. Yəni faşistlərin belini qırmamışıq, onlardan qisas almamışıq. Sən demə, ondan da betəri bizim məmləkətdə oldu. Bu gün mənim üçün ikiqat yox, onqat bayramdır. Bu qırx gün ərzində biz bir qələbə günü yox, bir neçəsini yaşadıq”.
Aktyorun sözlərinə görə hər bir kəndin və şəhərin azad olunması ayrı-ayrılıqda qələbə günüdür: “Bunu ümumiləşdirib bir gündə yox, hesab edirəm ki, hər bir günü ayrı-ayrılıqda bayram etməliyik. Neçə nəsillər, böyük şəxsiyyətlər bu dünyanı Şuşasız, Qarabağsız tərk etdi. Allaha sonsuz təşəkkür edirəm ki, başımızı uca edən bu tarixi günü bizə nəsib etdi. Bizi Qarabağa aparan Ali Baş Komandana eşq olsun”.
Xalq artisti, dirijor Yalçın Adıgözəlov təəssüratlarını belə bölüşüb: “60 yaşım var. Bu yaşıma qədər belə coşğu, sevinc hissi yaşamamışam. Azərbaycan xalqı üçün bu gün tarixi bir gündür. Bu, tariximizin ən önəmli səhifəsidir. Biz xoşbəxt bir nəsilik ki, bu günü yaşadıq. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Onlar ölmədilər, bizim qəlbimizdə əbədi yaşayacaqlar.
Bu gün bütün sənətkarlarımız, ziyalılarımız – Üzeyir bəydən başlayaraq Xurşidbanu Natəvan, Bülbül, Vasif Adıgözəlov və Süleyman Ələsgərovun ruhu şaddır. 28 illik arzumuza çatdıq. Qələbəmizin memarı Ali Baş Komandan İlham Əliyevdir. O, Azərbaycan xalqının başını uca etdi. Biz artıq övladlarımızın gözünə çəkinmədən, düz baxa bilərik. Xalqımız bu gün dünyaya car çəkdi ki, biz haqq yolunda qələbə qazanırıq”.