Bu gün Məmməd Arazın doğum günüdür
    • 15-10-2018, 11:23
    • 921

Bu gün Məmməd Arazın doğum günüdür

Xalq şairi Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub.

Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. News24.az xəbər verir ki, əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçərək Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib.

Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olub.

Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə bir sıra təltiflərə layiq görülüb. Səmimi və axıcı şeirləri ilə geniş oxucu kütləsinin rəğbətini qazanıb.

 Şeirlərinə onlarla mahnı bəstələnib.

1 Dekabr 2004-cü ildə Bakıda vəfat edən Məmməd Araz ,Fəxri Xiyabanda dəfn olunub.

Bakıda onun adına küçə mövcuddur.