İran Azərbaycanı Şuşanın azad edilməsi münasibətilə təbrik etdi
    • 9-11-2020, 13:00
    • 755

İran Azərbaycanı Şuşanın azad edilməsi münasibətilə təbrik etdi

İranın Bakıdakı səfirliyi tarixi və mədəniyyət şəhəri olan Şuşanın işğaldan azad olunması münasibəti ilə Azərbaycan xalqını təbrik edir.

News24.az-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyi bəyanat verib.

Bəyanatda deyilir ki, tezliklə Şuşa şəhərinin tarixi məscidindən azan səsi bütün müsəlmanları və region xalqlarını sevindirəcək.

Bildirilir ki, İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei 3 noyabr tarixində etdiyi çıxışında Ermənistan tərəfindən işğal olunan bütün Azərbaycan torpaqlarının Azərbaycana qaytarılmasını qeyd edib:

"İşğal olunmuş ərazilərini azad etmək Azərbaycanın haqqıdır".